Mövqeləndirilmə təyini üsulları
Telefonunuz peyk mövqeləndirmə sistemi, WiFi və ya şəbəkə əsaslı (Telefon ID-si)
mövqeləndirilmədən istifadə edərək xəritədə məkanınızı göstərir.
Məkan məlumatlarının mövcudluğu, dəqiqliyi və tamlığı, məsələn, olduğunuz yerdən, ətrafdan
və üçüncü tərəf mənbələrdən asılı ola və məhdud ola bilər. Məkan məlumatı, məsələn,
binaların daxilində və ya metroda mövcud olmaya bilər. Mövqeləndirmə metodları ilə bağlı
məxfilik məlumatı üçün Microsoft Məxfilik Bəyanatına baxın.
Köməkçi GPS (A-GPS) şəbəkəsi xidməti və GPS və GLONASS-a digər oxşar təkmilləşdirmələr
mövqe məlumatını mobil şəbəkədən istifadə edərək əldə edir və cari mövqeyinizi
hesablamaqda GPS-ə kömək edir.
Bəzi peyk mövqeləndirilmə təyini sistemləri mobil şəbəkə vasitəsilə kiçik həcmdə məlumat
ötürülməsini tələb edə bilər. Məlumat xərclərinə yol vermək istəmirsinizsə, məsələn, səyahət
zamanı, telefon parametrlərindən mobil məlumat bağlantısını söndürə bilərsiniz.
Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında
olduqda, Wi-Fi mövqeləndirilmə təyin edilməsi təyinetmə dəqiqliyini artıra bilər. Wi-Fi
şəbəkəsindən istifadənin məhdudlaşdırıldığı yerlərdə telefon parametrlərindən Wi-Fi-ı
söndürə bilərsiniz.
Qeyd: Wi-Fi istifadəsi bəzi ölkələrdə məhdudlașdırıla bilər. Məsələn, AB-də 5150–5350
MHz, ABȘ və Kanadada isə 5,15–5,25 GHz Wi-Fi-dan yalnız qapalı məkanda istifadəyə
icazə verilir. Ətraflı məlumat üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayın.
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
93