Təhlükəsiz VPN qoşulmasından istifadə
İntranet və ya korporativ poçt kimi şirkət resurslarınıza daxil olmaq üçün sizə virtual özəl
şəbəkə (VPN) lazım ola bilər və ya şəxsi məqsədləriniz üçün VPN xidmətindən istifadə edə
bilərsiniz.
VPN konfiqurasiyasının təfərrüatları üçün İT inzibatçısı ilə əlaqə saxlayın və ya proqramı VPN
xidmətindən yükləmək və əlavə məlumat üçün xidmətin veb-saytına baxmaq məqsədilə
Mağaza ünvanına daxil olun.
1. Ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Şəbəkə və simsiz > VPN
toxunun.
2. VPN profili əlavə etmək üçün VPN bağlantısı əlavə et toxunun.
3. Profil haqqında məlumatı şirkətinizin İT inzibatçısı və ya VPN xidmətinin göstərdiyi tərzdə
yazın.
Tələb olunduqda telefonunuz avtomatik VPN-ə qoşulur.
VPN profilini redaktə edin
Profilə toxunun və Xüsusiyyətlər > Redaktə et və məlumatı tələb olunan kimi dəyişin.
VPN profilini silin
Profilə və Sil toxunun.