Continuum ilə işləyin
Continuum ikinci ekranı işə salmağa və telefonu kompüter kimi istifadə etməyə sizə icazə verir.
Siz hətta eyni vaxtda 2 proqramı telefonunuzun ekranında biri və digəri isə xarici displeyin iş
masası görünüşündə icra edə bilərsiniz.
Continuum toxunun və telefonunuzu monitor və ya TV-yə qoşmaq üçün təlimatlara əməl
edin. Continuum proqramı telefonunuzun ekranını xarici displeyi idarə edən təmas səthinə
çevirir. Açmaq üçün toxunun və ya onları seçin və sürüşdürmək üçün 2 barmağınızla çəkin.
Əgər siz həmçinin siçan və klaviaturanı qoşsanız, telefon ekranınıza toxunmaq əvəzinə əşyalara
klikləmək və xarici displeydə mətn yazmaq üçün istifadə edə bilərsiniz.
Telefonunuz Microsoft Display Dock-a qoşulu olduğu zaman dolur.
Continuum bütün telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük üçün
www.microsoft.com/mobile/support/wpfeatures ünvanına daxil olun.
Xarici displeydə proqramı aç
1. Xarici displeyin iş masası görünüşündə toxunun.
Açılan başlama menyusu telefonunuzun başlama ekranına uyğun gəlir. Buna baxmayaraq, bəzi
proqramlar bozara bilər. Bu o deməkdir ki, onlar Continuum-un iş masası görünüşündə icra
edilə bilməz.
2. Başlama ekranında və ya proqramlar menyusunda proqrama toxunun.
Proqram xarici ekranın daha böyük ölçüsü və əksetmə qabiliyyəti üçün optimallaşdırılıb.
Telefonunuz Continuum proqramında qaldığınız müddətcə xarici displeyi idarə edir. Əgər
telefonunuzu normal istifadə etmək istəyirsinizsə, digər istənilən görünüşə keçin. İş masası
görünüşündə açıq olan istənilən proqram açıq qalır.
İşarə:Continuum qoşulu olarkən, Continuum proqramını cəld açmaq üçün ekranın
yuxarısında telefonunuzun vəziyyət panelinə toxunun.
Hər iki displeyi ayrılıqda idarə edin
Display Dock-dan və ya Bluetooth-dan simsiz istifadə edərək siçanı və klaviaturanı qoşun.
İndi siz telefonda başqa iş görərkən siçan və klaviatura ilə xarici displeyin iş masası görünüşünü
idarə edə bilərsiniz. Məsələn, telefonunuzda mesajları yoxlayarkən, daha böyük displeydə
Word sənədi yaza bilərsiniz.