Klaviatura söz təkliflərindən istifadə
Sürətlə və düzgün yazmanız üçün telefonunuz siz yazdıqca sözlər təklif edir. Söz təklifləri bütün
dillərdə mövcud olmaya bilər.
Siz sözü yazmağa bașladıqda, telefon mümkün sözləri təklif edir. İstədiyiniz söz təklif zolağında
göründükdə onu seçin. Digər təklifləri görmək üçün sola sürüșdürün.
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
51
İşarə:Təklif edilən söz qalın șriftlə yazılarsa, telefon avtomatik olaraq yazdığınız sözü əvəz
etmək üçün ondan istifadə edir. Söz səhvdirsə, orijinal sözü və bir neçə digər təklifləri
görmək üçün ona vurun.
Sözü düzəltmək
Sözü səhv yazdığınızı müșahidə etsəniz, sözü düzəltmək üçün təklifləri görmək üçün ona
vurun.
Lüğətə yeni söz əlavə etmək
İstədiyiniz söz lüğətdə yoxdursa, sözü yazın, ona vurun və təklif zolağında plyus (+) ișarəsinə
vurun. Yeni sözləri bir neçə dəfə yazdıqdan sonra telefonunuz da onları öyrənir.
Söz təkliflərini söndürmək
Ekranın yuxarısından așağı çəkin və Bütün parametrlər > Vaxt və dil > Klaviatura
seçiminə toxunun. Dil klaviaturasına vurun və Mətn təklif et qeyd xanasının qeydini silin.