Cortana-nı quraşdırın
Cortana-ya bir az özünüz haqqında məlumat verin ki, daha yaxşı kömək əldə edə və
axtardığınızı tapa biləsiniz.
Cortana bəzi regionlar və dillərdə mövcud deyil. Dəstəklənən regionlar və dillərlə bağlı
məlumat üçün www.microsoft.com/mobile/support/cortanaregions seçiminə keçin.
Cortana-dan istifadə etmək üçün sizə Microsoft hesabı lazımdır.
1. axtarış düyməsinə toxunun.
2. Telefonunuzda göstərilən təlimatlara əməl edin.
Sonradan parametrlərinizi dəyişdirmək üçün axtarış düyməsinə toxunun və > Qeyd
dəftəri > Parametrlər seçiminə toxunun.
Danışıq dilini quraşdırmaq
Region və Cortana-nın versiyasından asılı olaraq, Cortana-dan istifadə etmək üçün müvafiq
danışıq dilini yükləmək və quraşdırmaq lazım ola bilər. Ekranın yuxarısından aşağı çəkin,
Bütün parametrlər > Vaxt və dil > Nitq toxunun. Dil əlavə edin toxunun və istədiyiniz
dili quraşdırmaq üçün göstərişlərə əməl edin.
Dili quraşdırdıqdan sonra telefonunuzu yenidən başlatmalı ola bilərsiniz.